TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
17.08.2023 08:41

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji təhlil və inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

 

Əməkhaqqı:
Rəqabətədavamlı əmək haqqı

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (Tibb, Biznesin idarə edilməsi, İqtisadiyyat, Menecment, Beynəlxalq münasibətlər üzrə)
• Sahə üzrə minimum 2 il iş təcrübəsi
• Kompüter bilikləri: "Microsoft Office" – sərbəst
• Dil bilikləri: İngilis dili – sərbəst

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Tədqiqat və təqdimat bacarıqları
• Analitik təhlil və problemləri həll etmə bacarıqları
• Nəticəyönümlülük
• Verilmiş tapşırıqların son icra tarixinə həssaslıq

 

İşin təsviri:
• Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi;
• TƏBİB aparatında fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
• TƏBİB tabeli tibb müəssisələrində fəaliyyətlərin mütəmadi olaraq dəyərləndirilməsi və proseslərin təkmilləşdirilməsi üçün həll təkliflərinin verilməsi;
• Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi;
• Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi;
• İcra olunan proseslər üzrə təhlil hesabatlarının şöbə müdirinə təqdim edilməsi.

 

Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

 Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 31.08.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proseslərin optimallaşdırılması şöbəsinə aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev