"Əgər pasiyent uzun müddətli baş ağrılarından əziyyət çəkirsə mütləq nevroloqa müraciət etməlidir" - Nevroloq
14.08.2023 09:49

Nevroloji xəstəliklər dedikdə, ilk növbədə sinir sistemi xəstəlikləri nəzərdə tutulur. Sinir sistemləri insan orqanizmini hərəkətə gətirən və onu ətraf mühitlə əlaqələndirən sistemdir. Bizim hər bir hərəkətimiz, davranışımız ətraf mühiti qavrama, hissiyyat sistemi – bunlar hamısı sinir sistemlərini təşkil edir. Nevroloji xəstəliklər çoxsaylı şikayətlə özünü göstərir. Bəzən elə olur ki, pasient həmin şikayətlərin nevroloji xəstəliyin əlaməti olması barədə məlumatlı olmur və digər ixtisaslı həkimlərə müraciət edir.

 

Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Durna Ələkbərova qeyd edib ki, nevroloji xəstəliklərdən ən çox yayılmış baş ağrıları, boyun ağrıları, bel ağrıları formasında özünü göstərənlərdir:

 

“Baş ağrıları da bir neçə cür təsnif olunur. Bəzən olur ki, kranial sinirlərin zədələnməsi nəticəsində olan ağrılar, bəzən xroniki ağrılar, yaxud baş beyində hansısa onkoloji xəstəliyin əlaməti olaraq müşahidə olunur. Əgər pasiyent uzun müddətli baş ağrılarından əziyyət çəkirsə və səbəbi məlum deyilsə, dərmanla ağrılar keçmirsə, mütləq nevroloqa müraciət etməlidir. Bunu gecikdirdikdə xəstəliyin son mərhələsinə gəlir və bununla mübarizə aparmaq çətin olur. Şəxs özündə bir neçə gün baş ağrıları, yorğunluq, əzginlik, əmək qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə edirsə, həkimə müraciət etməlidir. Həkim isə müayinələr nəticəsində dəqiq səbəbi ortaya çıxarır, hətta bəzən ciddi bir xəstəliyin olduğu da aşkarlanır.

 

Bəzən baş ağrıları ilə paralel yuxarı ətraflarda keylik müşahidə olunur. Bu cür şikayətlər zamanı da nevroloqa müraciət etmək lazımdır. Bunun da qarşısı vaxtında alınmazsa, beyin qan dövranının pozulması baş verə bilər. Bundan başqa bel ağrıları da beldə olan hər hansı patologiyanın simptomu kimi özünü göstərir. Düzgün diaqnoz qoyub müalicələr etmək üçün xəstə vaxtında həkimə müraciət etməlidir. Çünki vaxtında qarşısı alınmazsa, daha ağır xəstəliklərə çevrilə bilər”.

 

Həkimin sözlərinə görə, hər hansı bir nahiyədə ağrı varsa, bu o demək deyil ki, mütləq olaraq nevroloqa müraciət edilsin:

“Sinir ağrısı deyilən bir diaqnozu təstiqləmək üçün ilk növbədə həmin nahiyədə sinirin kompressiyasını dəqiqləşdirmək lazımdır. Yəni, bütün ağrıları sinir ağrısı kimi qəbul etmək olmaz. Məsələn, kürək nahiyəsində olan ağrı adətən bir neçə səbəbdən baş verir. Bunun üçün ilk növbədə ağ ciyərin KT müayinəsi aparılmalıdır ki, ağciyərdə hansısa patologiyanın olub-olmadığı aydınlaşsın. Əgər kürək nahiyədə ağrı orta xətdən başlayaraq qabırğalar istiqamətində yayılırsa, bu zaman sinir ağrısından şübhələnirik”.

 

Durna Ələkbərova bildirib ki, nevroloji xəstəliklərə dəqiq diaqnoz qoyulduqdan sonra müvafiq müalicə metodu seçilir:

 

“Hər bir müalicə dərman demək deyil, ola bilər ki, bu, müxtəlif fizioterapevtik proseduralarla həyata keçirilsin. Bu prosedurlarla da xəstəliklərdən qurtulmaq olur. Bəzən isə normal qidalanmaq, düzgün həyat rejimi kimi verilən müvafiq tövsiyələrlə də xəstə normal həyat fəaliyyətinə qayıdır. Bəzən də dərman müalicəsi tətbiq etməklə orqanizmin zəifləmiş funksiyasını bərpa edirik. Əgər bunların heç birinin effekt vermədiyi daha ağır durum olarsa, bu zaman neyrocərraha müraciət edilir və müvafiq cərrahi metod seçilir. Bu səbəbdən qeyd etdiyim şikayətləri hiss etdikdə vaxtında həkimə müraciət etmək məsləhətlidir”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib