Klimakterik sindrom qadınlarda reproduktiv dövrün sona çatmasıdır
25.04.2026 10:36
Klimakterik sindrom qadınlarda reproduktiv dövrün sona çatması, aybaşının kəsilməsidir. Əsas səbəbi yumurtalıqlarda estrogen hormonunun azalmasıdır.
 
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Qadın Məsləhətxanasının mama-ginekoloqu Gülbəniz Əhmədbəylinin sözlərinə görə, proses adətən 45 - 55 yaş arası başlayır və bir neçə il davam edir:
 
“3 mərhələdə olur :
1. Premenapauza – Aybaşı pozğunluğu ilə başlayır
2. Menapauza – 12 ay ardıcıl menstruasiya olmamaq
3. Post 3 menapauza – Menapauzadan sonrakı dövr
 
Əlamətləri bunlardır: Ən çox rast gəlinən vegetativ pozğunluqlar, bunlara istibasmalar, gecə tərləmələri, ürək döyünmə və təzyiq dəyişkənliyi aiddir.
Psixoemosional pozğunluqlar: Bunlara əsəbilik, yuxusuzluq, depressiv hal və unutqanlıq aiddir.
Urogenital pozğunluqlar: Vaginal quruluq, cinsi istəyin azalması, sidik saxlaya bilməmək aiddir.
Ürək damar xəstəlikləri: Osteoporoz da müəyyən olunur”.
 
Həkim-ginekoloq qeyd edib ki, bu hal xəstəlik deyil, orqanizmin təbii keçid mərhələsidir, lakin əlamətlər həyat keyfiyyətini aşağı salırsa, sadaladığımız əlamətlər sizdə varsa, qadın məsləhətxanalarına müraciət edib, peşəkar həkimlər tərəfindən müayinə olunmağınız tövsiyə olunur. Xəstəliyinin diaqnostikasına gəlincə isə, dioqnostikası zamanı qanda TSH və LH hormonunun analizi, qanda estrodiol səviyyəsi, USM müayinəsi, sümük sıxlığının azalması üçün desimetriya müayinəsi vacibdir.
 
Gülbəniz Əhmədbəyli bildirib ki, müalicə hormonal və qeyri-hormonal aparılır. Hormonal müalicədə estrogen və ya kombin olunmuş terapiya zamanı həkim nəzarəti mütləqdir.
Qeyri-hormonal müalicədə FİTO preparatlar-VİT-D, Ca və zəruriyyət varsa, antidepresantlar verilir.
Həyat tərzini yaxşılaşdırmaq üçün fiziki aktivlik, idman, stresdən, siqaret və alkoqoldan uzaq durmaq tövsiyə olunur.
Əgər şiddətli istibasma, qanaxma, depressiya, sümük ağrısı varsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır