Həddindən artıq istilik psixi sağlamlığa zərər verə bilər - TƏDQİQAT
01.08.2023 13:59

Baylor Tibb Kollecinin (ABŞ) bir qrup tədqiqatçısı zəiflədən istiliklə psixi pozğunluqların kəskinləşməsi arasında əlaqəni sübut edən araşdırma aparıb.

 

Aztibb.az xəbər verir ki, “JAMA Psychiatry” jurnalında qeyd olunan tədqiqatla bağlı məqalə dərc edilib.

 


Tədqiqat göstərir ki, yüksək temperatur serotoninin səviyyəsinə təsir edə bilər və dopaminlə yanaşı, insanın əhval-ruhiyyəsinə cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. İstilik onsuz da ruhi xəstəlikdən və ya narkomaniyadan əziyyət çəkən insanların psixi sağlamlığı üçün xüsusilə təhlükəlidir.


İstidə psixi pozğunluqların qarşısını almaq üçün mütəxəssislər papaqsız çölə çıxmamağı, çoxlu maye qəbul etməyi və lazım gələrsə, dərman qəbulu ilə bağlı həkimə müraciət etməyi məsləhət görürlər. Hətta bir çox dərmanlar yayın istisində təsirini itirir.


Amerika Psixiatriya Assosiasiyası da açıqlayıb ki, isti hava psixika üçün pisdir və yaddaş, diqqət və reaksiya zamanı problemlər yarada bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub