Florida Universitetinin alimləri: Muskat şərabı dəri üçün faydalıdır
28.07.2023 09:20

ABŞ-ın Florida Universitetinin alimləri belə qənaətə gəliblər ki, bişməmiş muskat şərabı içmək dərinin qocalma prosesinə müsbət təsir edir, dərini daha möhkəm və elastik edir.

Aztibb.az xəbər verir ki, müvafiq nəticələr Amerika Qidalanma Assosiasiyasının NUTRITION 2023 İllik Yığıncağında təqdim olunub. Belə ki, tədqiqat zamanı 40 yaşdan yuxarı 17 qadın iki qrupa bölünüb. Birinci qrup altı həftə ərzində gündə 300 ml muskat şərabı, ikinci qrup isə plasebo qəbul edib.

Bu müddətin sonunda tədqiqatçılar iştirakçıların dəri elastikliyini ölçüblər, bundan sonra qruplar yerlərini dəyişdiriblər və təcrübə təkrarlanıb.

Tədqiqat müəyyən edib ki, muskat şərabının müntəzəm istehlakı nəmləndirmə və xarici zərərlərdən qorunmaq sayəsində dərinin gəncliyini qoruyub saxlamağa və vəziyyətini yaxşılaşdırmağa kömək edir.

Alimlər hesab edirlər ki, bu faydalı təsir muskat şərabında polifenolların olması ilə bağlıdır. Bu maddələr bədənə sərbəst radikallarla mübarizə aparmağa kömək edən və hüceyrə zədələnməsinin qarşısını alan və bununla da xroniki xəstəlik riskini azaldan antioksidantlardır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub