ATU-nun üz çənə cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı professor Çingiz Rəhimov tərəfindən pasiyentə çənəaltı tüpürcək vəzisinin törəmə ilə birlikdə radikal cərrahi xaric edilməsi əməliyyatı həyata keçirilib.
Aztibb.az xəbər verir ki, əməliyyat zamanı çənəaltı nahiyənin anatomik strukturlarının, xüsusilə üz sinirinin marginal mandibulyar şaxəsinin qorunmasına xüsusi diqqət yetirilib. Rekonstruktiv mərhələdə isə toxumaların qan təchizatının qorunması prinsipi nəzərə alınaraq damar strukturları ilə birlikdə toxuma köçürülməsi həyata keçirilib.
Cərrahi müdaxilə zamanı funksional nəticələrlə yanaşı, estetik görünüş də diqqətdə saxlanılıb. Kəsiklər təbii dəri qırışları boyunca aparılıb, kosmetik tikişlər tətbiq olunub. Bu yanaşma əməliyyatdan sonra çapıq izlərinin daha az nəzərə çarpmasına imkan verir.

