Prorektor ATU-da istehsalat təcrübəsi keçən əcnəbi tələbələrlə görüşüb
27.07.2023 15:24

ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov Tədris Cərrahiyyə Klinikasında təcrübə keçən əcnəbi tələbələri qəbul edib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, o, istehsalat təcrübəsini məhsuldar keçirən əcnəbi tələbələrə universitet haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Tibb Universitetində təhsil alan 7 min tələbənin təxminən 3 minə qədəri xarici ölkə vətəndaşıdır. Universitetin ötən il beynəlxalq akkreditasiyadan keçdiyini, 100-ə yaxın beynəlxalq müqavilə imzaladığını xatırladan prorektor, son illərdə aparılan islahatların uğurlu nəticələrindən danışıb. Eyni zamanda burada təcrübə keçən tələbələrin öz ölkələrinə qayıtdıqdan sonra ölkəmiz, universitetimiz barədə xoş təəssüratlarını bölüşəcəklərinə, elmi və praktik əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini diqqətə çatdırıb.

 

İstehsalat təcrübəsindən razı qaldıqlarını söyləyən əcnəbi tələbələr həmçinin qədim tarixə malik Bakı şəhəri ilə yaxından tanış olduqlarından və Azərbaycanın bəzi regionlarına səyahət etmək fürsəti qazandıqlarından məmnunluqla söhbət açıblar.

 

Görüşün sonunda əcnəbi tələbələrə sertifikatlar təqdim olunub.

 

Görüşdə universitetin Tədris departamentinin direktoru, dosent Kamandar Yaqubov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov da iştirak ediblər.

 

Qeyd edək ki, Türkiyə, Slovakiya, Rumıniya, Macarıstan, Serbiya, Litva, Çexiya və digər Avropa ölkələrindən gələn tələbələr Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında imzalanmış memoranduma əsasən, Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Travmatologiya, Uşaq cərrahiyyəsi, İnvaziv kardiologiya və Ginekologiya şöbələrində bir ay müddətində təcrübə keçiblər. Onların istehsalat təcrübəsi universitetin rektoru, professor Gəray Gəraybəylinin, o cümlədən klinika rəhbərliyinin diqqət mərkəzində olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub