DGK-nın Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının həkimlərinin həmmüəllif olduqları məqalə nüfuzlu beynəlxalq jurnallarda dərc olunub  
20.07.2023 14:09
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevanın digər aparıcı mütəxəssislərlə həmmmüəllif olduğu məqalə Ukraynanın “The Journal of Neuroscience of B.M. Mankovskyi” (“B.M.Mankovski adına Nevrologiya jurnalı”) və Tayvanın “International Journal of Clinical Medicine and Bioengineering” (“Beynəlxalq Klinik Tibb və Biomühəndislik Jurnalı”) adlı nüfuzlu juranallarında dərc olunub.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Bildirilib ki, hər iki jurnalda yer almış məqalə COVID-19 pandemiyası dövründə xəstələrin qan nümunələrinin cins və yaş xüsusiyyətlərinə həsr olunub. Məqalənin adı “COVID-19” xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı qan nümunələrinin cins və yaş xüsusiyyətləri”dir.
 
Araşdırmanın məqsədi koronavirusa yoluxmuş və xəstəxanaya yerləşdirilmiş insanların xəstəliyin erkən mərhələsində qan profilini araşdırmaqdır. COVID-19 pandemiyası dövründə xəstələrin müayinəsi üçün ən etibarlı laboratoriya məlumatlarının olması çox önəmlidir. Ona görə də lazımi məlumatları əldə etmək üçün COVID-19 olan 332 xəstənin hemoqrammalarının retrospektiv təhlilindən istifadə edilib.
 
COVID-19 xəstələrinin qan nümunələrində ən tipik dəyişiklik limfositlərin və eozinofillərin mütləq sayının azalmasıdır ki, bu, daha çox ağır xəstələrdə müşahidə olunur. Qan nümunələrinin kliniki dəyəri xəstələrin cinsindən və yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir ki, bu da diaqnoz və xəstəliyin gedişatının qiymətləndirilməsi üçün çox vacibdir. Məhz bu parametrlərdən istifadə olunaraq, xəstələrin müalicəsi təyin edilməlidir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub