Klinik genetikanın öyrənilməsinə dair elmi-praktik seminar təşkil edilib  - ATU-da
19.07.2023 11:07

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında klinik genetikanın öyrənilməsinə həsr olunmuş 3 günlük elmi-praktik seminar kecirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası və ATU-nun 1-ci Müalicə Profilaktika Fakültəsinin Nevrologiya Kafedrasının birgə təşkil etdiyi seminarda fakültənin dekanı, dosent Elşad Novruzov açılış nitqi ilə çıxış edərək seçilmiş mövzunun aktuallığı və elmi araşdırmaların tətbiqi baxımından əhəmiyyətindən söz açıb.

 

Seminarda Lokman Hekim Universitetinin şöbə müdiri, professor Sərdar Ceylaner və dosent Gülay Ceylaner çıxış edərək genetik müayinələrin növləri, belə müayinələrə olan göstərişlər,  xəstəliklərin əlamətlərinə görə qiymətləndirilmə aparılması metodları və digər bu kimi mövzularda danışıblar.

 

Tədbirdə Tədris Terapevtik Klinikasının həkim-rezidentləri ilə yanaşı, K.Fərəcova adına  Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun və UNX-nın əməkdaşları iştirak ediblər.

 

Seminarda, həmçinin genetik mənşəli xəstəlik şübhəsi olan pasiyentlərə birgə baxış keçirilib, müayinə və müalicəyə aid olan tövsiyyələr səsləndirilib.

 

Bundan başqa, tədbirdə  I Müalicə Profilaktika fakültəsinin fəal tələbələri hazırladıqları kliniki halları müstəqil şəkildə təqdim ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev