TƏBİB böyük məsləhətçi və aparıcı məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir
16.07.2023 16:47

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinin Maliyyə təhlili və hesabatlılıq şöbəsinə böyük məsləhətçi və aparıcı məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tələb olunan bilik, təcrübə və bacarıqlar aşağıdakılardır:

• Ali təhsil (İqtisadiyyat, idarəetmə sahəsi üzrə);

• Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office – sərbəst;
• Dil bilikləri: İngilis dili – yaxşı;
• PMS (Peşəkar Mühasib Sertifikatı), ACCA F7 – zəruri.

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik:
• Nəticəyönümlülük:
• Təhlil etmə və detallara fikir vermə bacarığı

 

Qanunvericilik üzrə biliklər:

• “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
• Azərbaycan Respublikası Vergi Məcəlləsi;
• Azərbaycan Respublikası Əmək Məcəlləsi;
• Azərbaycan Respublikası Maliyyə Nazirliyinin normativ-hüquqi aktları;
• Beynəlxalq maliyyə hesabatları standartları;
• İlkin uçot sənədlərinin formalarının təsdiq edilməsi barədə Maliyyə Nazirliyinin 23 iyul 2020-ci tarixli Q-16 nömrəli kollegiya qərarı;
• “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında;
• Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları;
• Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları;
• Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı;
• Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Q-01 saylı qərarı ilə 18.01.2012-ci ildə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

 

İşin təsviri:

• TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması;
• TƏBİB və onun tabeliyində olan tibb müəssisələrinin hər bir şöbəsi üzrə aylıq, rüblük və illik maliyyə təhlillərinin aparılmasında, təqdimatların və idarəetmə uçotu prinsiplərinə əsaslanan hesabatların hazırlanmasında iştirak edilməsi;
• Kənar auditin aparılmasına dəstək və proses zamanı auditorlarla birbaşa əlaqəli şəxslərdən biri kimi çıxış edərək şöbə müdirinə və Maliyyə departamentinin rəhbərinə dəstək verilməsi, tələb olunan məlumatların toplanılması və strukturlaşdırılması;
• Regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamalarının aparılması prosesinə köməkliyin göstərilməsi;
• Proseslərin avtomatlaşdırılması məqsədilə prosedur və qaydaların yazılmasında iştirak edilməsi.

 

Əlavə qeydlər:

• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 26.07.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə təhlili və hesabatlılıq şöbəsinə Böyük məsləhətçi və ya Aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

 

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır