TƏBİB vakansiya elan edir
16.07.2023 08:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinin Büdcə hesablamaları, qiymətləndirmə və təhlil şöbəsinə böyük məsləhətçi və aparıcı məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.

 

Aztibb.az-a bu barədə TƏBİB-dən bildirilib.

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Ali təhsil (İqtisadiyyat, maliyyə sahəsi üzrə);
• Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office – sərbəst
• Dil bilikləri: İngilis dili – yaxşı;
• PMS (Peşəkar Mühasib Sertifikatı), ACCA F7 – arzuolunan.

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• Nəticəyönümlülük;
• Təhlil etmə və detallara fikir vermə bacarığı.

 

Qanunvericilik üzrə biliklər:

• "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu;
• Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı;
• Azərbaycan Respublikası Vergi Məcəlləsi;
• Azərbaycan Respublikası Əmək Məcəlləsi;
• “İşçilərin Ezamiyyə Qaydaları”;
• “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu;
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

İşin təsviri:

• TƏBİB-in iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibində şöbə əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi;
• TƏBİB-in iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibində iştirak və bu prosesdə digər struktur bölmələri ilə qarşılıqlı məlumat mübadiləsinin əlaqələndirilməsi;
• TƏBİB-in maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyəti struktur bölmələrindən zəruri məlumatların toplanılmasının təmin edilməsi;
• TƏBİB-in təsərrüfat fəaliyyətinin iqtisadi təhlili və qənaət rejiminin təmin edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi məqsədilə yeni metod və üsulların tətbiqinin təmin edilməsi;
• Hesablama və təhlil işlərinin, büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiqində şöbənin fəaliyyətinin əlaqələndirilməsi;
• Büdcələrin tərtibi və təhlil zamanı müxtəlif tipli iqtisadi əsaslandırmalar və tələb olunan arayışların hazırlanması;
• TƏBİB-in struktur bölmələrində iqtisadi fəaliyyətin təşkilinə nəzarətin edilməsi və tələb olunan metodiki tövsiyələrin verilməsi;
• TƏBİB-in struktur bölmələri üzrə əmək göstəricilərinin müəyyənləşdirilməsinə, əməkhaqqı üzrə xərclər smetasının və ştat cədvəllərinin hazırlanmasına, əmək qanunvericiliyinin əsaslarına riayət olunmasına və əməkhaqqı fondundan səmərəli istifadə edilməsinə nəzarət;
• Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi.

 

Əlavə qeydlər:

• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 26.07.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə hesablamaları, qiymətləndirmə və təhlil şöbəsinə Böyük məsləhətçi və ya Aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

 

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır