İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları müəssisələrə təqdim edilib  
14.07.2023 12:20
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən müxtəlif mövzulara dair maarifləndirici materialların səhiyyə və tibb müəssisələrinə, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına paylanılması həyata keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayı ərzində müvafiq olaraq müəssisələrə müxtəlif mövzulara dair 180 mindən çox 45 adda maarifləndirici materiallar (buklet, vərəqə, kitabça və s.), o cümlədən 35 adda kliniki protokollar təqdim olunub.
 
Əhali üçün nəzərdə tutulan maarifləndirmə materiallarında xəstəliklərin profilaktikası, sağlam həyat tərzi, zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, ailə planlaşdırılması, məişət zorakılığının qarşısının alınması və digər mövzular barədə ətraflı məlumat və tövsiyələr yer alıb. Materiallar əlçatanlığın təmin olunması məqsədilə www.isim.az saytında resurslar bölümündə yerləşdirilib (https://www.isim.az/az/pages/20-Resurslar).
 
Mərkəz tərəfindən tərtib olunan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən təsdiq olunan klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Tibb işçiləri üçün qiymətli vəsait olan 91 klinik protokola, o cümlədən yenilənmiş 65 klinik protokola əlçatanlıq təmin olunub və saytda təlimatlar bölümünə yerləşdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub