TƏBİB Maliyyə departamentinin Aktivlərin idarə olunması şöbəsinə məsləhətçi vəzifəsinə işçi axtarır
13.07.2023 15:55
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinin Aktivlərin idarə olunması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Aztibb.az-a bu barədə TƏBİB-dən bildirilib.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (iqtisadiyyat, idarəetmə və mühəndislik);
• Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office – sərbəst;
• Dil bilikləri: İngilis dili – yaxşı;
• PMS (Peşəkar Mühasib Sertifikatı), ACCA F3, ACCA F7 – arzuolunan.
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• Nəticəyönümlülük;
• Təhlil etmə və detallara fikir vermə bacarığı.
Qanunvericilik üzrə biliklər:
• Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”;
• Aktivlərin (əsas fondların) idarə edilməsi üzrə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları;
• Bina və qurğulardan istifadə, onların qorunub saxlanması qaydaları;
• İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini tərtib etmək qaydaları;
• Balansda olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi qaydaları;
• Balansda olan binaların, inventor və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması qaydaları.
İşin təsviri:
• TƏBİB-in məqsəd və hədəfləri istiqamətində çalışmaq;
• Vəzifəsi üzrə rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi;
• Şöbənin fəaliyyəti istiqamətlərinə uyğun görülən işlər haqqında dövrlər üzrə hesabatların hazırlanması və görüləcək işlər barədə şöbə müdirinə təkliflərin verilməsi;
• TƏBİB-in və tabeliyində olan müəssisələrin balansında olan binaların, inventar və avadanlıqların, qurğuların qorunması və təmiri ilə bağlı tədbirlərdə iştirak;
• TƏBİB-in və tabeliyində olan müəssisələrin balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı yaranmış komissiyada iştirak;
• Fəaliyyət istiqamətlərinə uyğun təhlillər etmək və qanunvericiliyin tələblərinə əsasən görüləcək işlərlə bağlı sənədlərin hazırlanması;
• Daxil olan məktub, ərizə, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icrasının təmin edilməsi;
• Şöbədə kargüzarlıq işlərinin aparılması və məxfilik rejiminin qorunması;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər vəzifələrin yerinə yetirilməsi.
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 26.07.2023-cü il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aktivlərin idarə olunması şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Bu bölməyə aid digər xəbərlər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq
15.10.2026 | 09:09
İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 | 14:07
ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 | 10:14
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcək
13.10.2026 | 13:33
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 | 10:46
ATU-nun Elmi Araşdırmalar Mərkəzində kök hüceyrələrə həsr olunan seminar keçiriləcək
12.10.2026 | 10:03
ATU-da elmi tədqiqatların yeni imkanları: süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 | 11:54
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

