Ümumdünya Ana Südü ilə Qidalandırma Gününə həsr olunan elmi-praktik konfrans keçiriləcək
13.07.2023 11:55
2 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Ana Südü ilə Qidalandırma Gününə həsr olunan elmi-praktik konfrans keçiriləcək.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, konfransın keçirilməsində məqsəd ana südü ilə qidalandırmanın əhəmiyyətini vurğulamaq, cəmiyyətdə körpələrin ana südü ilə qidalandırılmasına dəstək olmaq, ana südü ilə qidalandırmanın təbliği və bu mövzuda məlumat mübadiləsi aparmaqdır.
 
Xatırladaq ki, 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi kimi elan olunub. Bu tarix Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanmış “Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üzrə Innocenti Bəyannaməsi”nin xatirəsinə qeyd edilir.
 
Konfrans iştirakçılarına sertifikat təqdim olunacaq.
 
Qeydiyyat üçün əlaqə nömrəsi: (050) 362 26 29
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır