Əcnəbi tələbələr ATU-da istehsalat təcrübəsinə başlayıb  
13.07.2023 10:03

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU-da istehsalat təcrübəsi keçəcək əcnəbi tələbələrlə görüş olub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxış edib. 

 

O, əcnəbi tələbələri universitet rəhbərliyi adından salamlayaraq, onların Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında imzalanmış memorandumuna əsasən, klinikanın Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Travmatologiya, Uşaq cərrahiyyəsi, İnvaziv kardiologiya və Ginekologiya şöbələrində bir ay müddətində təcrübə keçəcəklərini bildirib. Qeyd edib ki, bu məsələ universitetin rektoru, professor Gəray Gəraybəylinin, o cümlədən klinika rəhbərliyinin diqqət mərkəzindədir.

 

Klinikanın baş həkimi, professor Fariz Camalov öz çıxışında TCK-nın fəaliyyəti, burada aparılan müayinə və müalicələr haqqında əcnəbi tələbələrə ətraflı məlumat verib. Onlara təcrübələrini yüksək səviyyədə keçmələri üçün hər cür şərait yaradıldığını söyləyib və uğurlar arzulayıb.

 

Görüşdən sonra N.Xəlilov qonaq tələbələri klinikanın şöbələri ilə tanış edib. 

 

Qeyd edək ki, bir ay ərzində əcnəbi tələbələr əməliyyatlarda, sarğıların qoyulmasında, pasiyentlərin müayinə və müalicəsində yaxından iştirak edəcəklər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev