TƏBİB böyük məsləhətçi/aparıcı məsləhətçi vəzifələri üzrə vakant yerlər elan edir
11.07.2023 16:02
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə böyük məsləhətçi/aparıcı məsləhətçi vəzifələri üzrə vakant yerlər elan edir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, namizəd üçün tələb olunan bilik, təcrübə və bacarıqlar aşağıdakılardır:
• Ali tibbi təhsil;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə);
• Dil bilikləri: İngilis və rus (yaxşı səviyyədə).
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Komandada işləmə bacarığı;
• Ünsiyyət bacarığı;
• Vaxtın idarəolunması;
• Təqdim etmə bacarığı;
• Planlama və təşkiletmə.
İşin təsviri:
• İşçi heyəti üçün təlim və inkişaf ehtiyaclarının (tibb sahəsi üzrə) araşdırılması və işçilər üçün fərdi inkişaf planının (FİP) hazırlanması;
• Təlim ehtiyaclarının müəyyən edilməsi, təlim proqramlarının hazırlanması və təqdim edilməsi, təlimin effektivliyinin qiymətləndirilməsi, təqib və möhkəmləndirilməsi;
• İşçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün metodiki yanaşmalar barədə təkliflər verilməsi;
• Təlim ehtiyaclarının müxtəlif təşkilatlar tərəfindən ödənilməsi imkanlarının araşdırılması;
• Əməkdaşların təlim, peşəkarlıq səviyyəsinin artırılması və daxili təlimlərin təşkilinin tənzimlənməsi məqsədilə daxili təlimçilərin müəyyən edilməsi, davamlı inkişafı ilə bağlı təkliflər verilməsi;
• Təlim proqramlarının/materiallarının dizayn edilməsi, qruplaşdırılması;
• Test bazasının formalaşdırılması;
• Kompetensiya inkişaf metodlarının hazırlanması;
• Elektron təlimləndirmə (E-learning) prosesinin təşkil edilməsi;
• Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində fəaliyyət;
• İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının təşviq edilməsi;
• Şöbənin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənəd (prosedur, qayda, metodiki göstəriş, təlimat və s.) layihələrinin tərtib edilməsi;
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkədaxili və ölkəxarici araşdırmalar aparılması və s.;
• Təlim və inkişafla bağlı trendlərin araşdırılması və s.
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 31.07.2023-cü il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təlim və karyera planlaması şöbəsinə böyük məsləhətçi / aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Bu bölməyə aid digər xəbərlər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq
15.10.2026 | 09:09
İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 | 14:07
ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 | 10:14
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcək
13.10.2026 | 13:33
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 | 10:46
ATU-nun Elmi Araşdırmalar Mərkəzində kök hüceyrələrə həsr olunan seminar keçiriləcək
12.10.2026 | 10:03
ATU-da elmi tədqiqatların yeni imkanları: süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 | 11:54
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

