ATU-da “Məzun günü” keçirilib
01.07.2023 20:22

İyulun 1-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.

 

İlk olaraq Dövlət Himni səsləndirilib.

 

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib.

 

Nazir vurğulayıb ki, hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlər dayanır: "Bu il Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyətin - müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi səhiyyənin və tibb təhsilinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən hesab edən Ulu Öndər səhiyyənin tərəqqisi, maddi texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atıb. Tibb İnstitunun məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük tövhələr vermiş Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bugün yeni həkim kadrları və təbabət alimləri hazırlığı sahəsində əzmlə çalışırlar.

 

Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Dövlət başçısının rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunur, səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma təminatlı keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir".

 

"Azərbaycanın ilk ali məktəblərindən biri olan Tibb Universiteti onlilliklər boyu səhiyyə ocaqları üçün yüksək ixtisaslı həkim kadrları yetişdirib. Hazırda bu qocaman tibb təhsil ocağı yeni təhsil standartlarına əsaslanaraq, müasir informasiya texnologiyalarından istifadə edərək beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Onun hər buraxılışı səhiyyəmiz və təbabətimiz üçün əlamətdar hadisədir. Əminəm ki, Sizlər hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız”, - deyə səhiyyə naziri məzunları təbrik edib.

 

Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. Rektor tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər, yüksək ixtisaslı kadrların hazırlanması üçün görülən işlər barədə də məlumat verib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində Azərbaycan Tibb Universitetini 1217 nəfər məzunu olub. Onlardan 152 nəfəri universiteti fərqlənmə ilə bitirir. Məzunlar arasında 389 nəfəri əcnəbilərdir. Müvafiq olaraq I Müalicə-profilaktika fakültəsində 393 tələbə, II Müalicə-profilaktika fakültəsində 371 tələbə, İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə 69 tələbə, Stomatologiya fakültəsindən 224 məzun, əczaçılıq fakültəsindən 115 məzun, hərbi fakültədən 45 tələbə bitirir.

 

Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.

 

Tədbirdə təhsilini əla qiymətlərlə başa vuran məzunlara və Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər.

 

Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.

 

Tədbir tanınmış sənət adamlarının çıxışı ilə davam edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər