Azərbaycanlı həkim Amerikada beynəlxalq mükafata layiq görülüb  
25.06.2023 10:03

Ölkəmizin səhiyyə sahəsində hər il islahatlar aparılır. Belə islahatlardan biri də həkimlərimizin dünya miqyasında səhiyyə təbirlərində iştirakını təmin etmək və ölkəmizin beynəlxalq tibb təhsilinə adaptasiyasına nail olmaq məqsədi güdür. Bununla əlaqədar olaraq hər il minlərlə gənc həkim müxtəlif xarici ölkələrdə konfrans və kurslarda iştirak edir.

 

ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin həkimi Ələmdar Cəfərov da Amerikanın Çikaqo şəhərində keçirilən “ASCO 2023” 59-cu konfransında iştirak edib. Qeyd edək ki, Ə.Cəfərov bu görüşə İnternational Development and Education Award (İDEA) proqramının təşkilatçılığı və Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) rəsmi dəvəti ilə qatılıb. O, həmçinin bu proqram çərçivəsində ABŞ-ın Ohayo ştatında hematologiya üzrə qısamüddətli klinik təcrübə keçib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, Ə.Cəfərov konfrans çərçivəsində Amerika Klinik Onkologiya Cəmiyyətinin və İDEA proqramının təşkil etdiyi Beynəlxalq Təhsil və İnkişaf mükafatına layiq görülüb.

 

“2023 Grant and Award Recipient” jurnalında İDEA proqramının 33 ölkə üzrə seçilən qalibləri sırasında azərbaycanlı həkim haqqında məlumat dərc olunub və ona CCF (Conquer Cancer Foundation) və Ohio Health and Riverside Methodist xəstəxanası tərəfindən sertifikat təqdim edilib.

 

Məlumat üçün bildirək ki, 1964-cü ildə yaradılan ASCO, hər il müxtəlif görüşlər təşkil edərək həm Amerika, həm də dünyada onkologiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirir. Belə ki, hər ilin iyun ayında ABŞ-ın Çikaqo şəhərində dünya onkoloqları üçün illik görüş keçirilir.

 

Hər il bu tədbirdə dünyanın nüfuzlu elm adamları, onkoloqları apardıqları tədqiqatların nəticələrini paylaşır və bu sahədə elmi yeniliklər barədə məlumat verilir. Bu konfransa canlı olaraq minlərlə həkim qatılır və bundan başqa, dünyanın bir çox yerlərində belə tədbirlər keçirilir. Məqsəd dünyada bu sahədəki yenilikləri izləyərək, xərçəngə qarşı effektiv mübarizə aparmaqdır.

 

2016-cı ildən başlayaraq bu nüfuzlu konfransa Azərbaycandan da həkimlər dəvət olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib