TƏBİB-in təşkilatçılığı ilə alman və yerli həkimlərin cərrahiyyə üzrə ustad dərsləri keçiriləcək
23.06.2023 19:26

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Almaniyanın Haydelberq Universitetinin Manhaym Klinikasının Cərrahi Mərkəzinin (UMM), Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 26-27 iyun tarixlərində ''Kolorektal cərrahiyyədə qabaqcıl texnikalar və perioperativ proseslərin effektiv təşkili'' mövzusunda ustad dərsləri keçiriləcək.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Gənc cərrahlar üçün nəzərdə tutulan və UMM-nin direktoru Kristof Reissfelderin rəhbərlik edəcəyi təlimdə Almaniyada fəaliyyət göstərən cərrahlardan Vüqar Yaqublu, Stefen Seyfred, Rasim Xəlilov, Azərbaycanda çalışan cərrahlardan isə Elşən Qədimov, Elman Əzimov, Alim Əkbərov, Nərgiz Əfəndiyeva məruzəçi qismində çıxış edəcəklər.

 

TƏBİB-in tabeliyindəki Yeni Klinikada keçiriləcək ustad dərslərinin birinci günündə məruzəçilər ''Kolorektal xərçəngin müayinə və müalicəsi üzrə Fəaliyyətin İcra Təlimatının (FIT) ümumi təqdimi'', ''Kolorektal xərçənglərin profilaktikası və skrininqi'', ''Kolorektal xərçənglərdə diaqnostik alqoritm'', ''Kolorektal cərrahiyyədə xəstələrin əməliyyatönü hazırlığı prinsipləri'' və ''Canlı video əməliyyat nümunəsində kolorektal cərrahiyyədə cərrahi texnika'' təqdimatlarla çıxış edəcək.

 

Məruzəçilər təlimin ikinci günündə isə ''Xəstələrin əməliyyatdan sonrakı dövrdə onkoloji izlənməsi'', ''Əməliyyatdan sonrakı dövrün effektiv təşkilində ERAS prinsipləri'' və ''Azərbaycan üçün modifə edilmiş ERAS proqramı'' mövzularında təqdimatlar nümayiş etdirəcək.

 

Təlimdə iştirak etmək istəyən cərrahlar contact@knowledgebridge.de elektron poçt ünvanına müraciət edə bilərlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev