Tibb Universitetinin tədris prosesində bir sıra dəyişikliklər edildi
14.10.2020 10:39

Azərbaycan Tibb Universitetinin (ATU) tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

 

Universitetin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, hazırda ölkədə hərbi vəziyyət və xüsusi karantin rejimi hökm sürür. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq, Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ATU-nun rektoru, professor Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən elmi şuranın qərarına əsasən universitetin tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

 

ATU-nun Tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, Tibb (Müalicə işi), Tibbi profilaktika (İctimai səhiyyə), Stomatologiya, Əczaçılıq, Hərbi tibb (Hərbi həkim işi), Tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının bütün təhsil ili tələbələri üçün əyani təhsilalma forması nəzərdə tutulub:

 

“Əyani təhsilalma formasında tədris prosesinin başlanılması 15 oktyabr tarixindən nəzərdə tutulur. Əyani təhsil zamanı praktik məşğələlər zamanı qrupda tələbə sayı auditoriyaların tutumu nəzərə alınaraq, 4-6 nəfər olmaqla müəyyən edilir. Bu zaman həftəlik dərs mövzularının hansı formada tələbələrə çatdırılacağı haqqında artıq kafedra müəllimlərinə məlumat verilib”.

 

Qeyd edək ki, bununla yanaşı, qeyri-tibb profilli fənlər üzrə ATU-da distant təhsil də davam etdirilir.

 

Həmçinin universitetdə təhsilə start verərkən istər müəllim heyəti, istərsə də tələbələr üçün ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun qaydalar qoyulub. Belə ki, universitetə daxil olarkən bütün əməkdaşların və tələbələrin hərarəti təmassız termometr vasitəsilə ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların universitetə daxil olmasına yol verilmir. İş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Sıxlığın qarşısının alınması və sosial məsafənin təmin olunması məqsədilə tədris korpuslarının önündə, dəhlizlərdə, dərs otaqlarının qarşısında tələbələrin və əməkdaşların birlikdə toplanmasına yol verilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub