Ultrabənövşəyi robotlar - virusa qarşı yeni Avropa silahıdır
13.10.2020 21:18

200-ə yaxın İspaniya dövlət xəstəxanası Avropa Komissiyasından sterilizasiya edən robotları alacaq ilk müştərilər arasındadır.

 

Bu cihazlar virusun yayılmasını məhdudlaşdırmağa kömək edir və məhdud ərazilərdə mövcud olan patogenlərin 99,99 faizini məhv etməyə qadirdir. Xəstəxana otağını sterilizasiya etmək üçün robota yalnız 10 dəqiqə vaxt lazımdır.

 

Avropa Komissiyasının Sağlamlıq Təhlükəsizliyi Komitəsindən verilən məlumata görə, bu cihazlar Avropa və dünyanın xəstəxanalarında uğurla istifadə olunur.

 

İlk robot sterilizatorlar Danimarkanın "Blue Ocean Robotics" şirkəti tərəfindən bu ölkənin Odense bölgəsindəki xəstəxanalar ilə əməkdaşlıq şəraitində hazırlanıb. Avropa İttifaqında bu cihazlar, hədəflərindən biri yeni rəqəmsal dövrdə Avropa sənayesini dəstəkləmək olan İnformasiya Cəmiyyəti və Media Baş Müdirliyi tərəfindən təşviq olunur.

 

Avropa Komissiyası robotların epidemioloji vəziyyətə və hər bir ölkənin ehtiyaclarına uyğun olaraq paylanacağını bildirir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub