TİKA-dan Ukraynadakı uşaq xəstəxanasına tibbi cihaz dəstəyi
14.06.2023 14:02

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ukraynanın Rivne şəhərindəki Rivne Regional Uşaq Xəstəxanasına tibbi cihaz dəstəyi verib.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

TİKA-dan verilən açıqlamaya görə, avadanlıqların təhvil verilməsi mərasimində Türkiyənin Kiyevdəki səfiri Yağmur Əhməd Güldere, TİKA-nın Ukrayna koordinatoru Cüneyt Esmer, Rivne vilayətinin qubernatoru Vitali Koval və xəstəxana rəhbərləri iştirak ediblər.

 

Ukraynada davam edən müharibə ilə əlaqədar olaraq ölkənin müxtəlif bölgələrindən kimsəsiz, aztəminatlı ailələrin uşaqları və müharibə qurbanı olan çoxlu sayda insan Rivne Regional Uşaq Xəstəxanasında tibbi yardım alır.

 

Xəstə sayının artdığı 291 çarpayılıq xəstəxanaya TİKA tibbi avadanlıq dəstəyi verib.

 

Layihə çərçivəsində xəstəxananın Anesteziologiya və Reanimasiya şöbəsi üçün 5 ədəd infraqırmızı qızdırıcı və əsas əməliyyat otağında istifadə olunacaq 4 ədəd çoxparametrli xəstə monitoru verilib.

 

Verilən dəstəklə xəstəxananın xidmət keyfiyyətinin yüksəldilməsi və funksionallığının artırılması hədəflənir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər