İSİM "GameSummit" festivalında iştirak edib
13.06.2023 08:04

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı İdman Sarayında keçirilən “GameSummit” oyun festivalında iştirak edib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, Azərbaycan və beynəlxalq kompüter, mobil oyunlar və bu oyunun tərtibatçıları ilə tanış olan iştirakçılara sağlam həyat tərzinin təbliği məqsədilə məktəblilərin internet portalı üçün İSİM tərəfindən yaradılmış maarifləndirici kompüter oyunları da təqdim olunub. 

 

Sağlam və düzgün qidalanmağı, zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edən, qeyri-infeksion xəstəliklərin əsas risk amillərindən uzaq olmağı təbliğ edən bu maarifləndirici oyunlar məktəblilər və onların valideynləri tərəfindən maraqla qarşılanıb.


Tibbi maarifləndirmə məqsədilə İSİM tərəfindən əhali üçün yaradılan “Tütündən imtina et”, “Sağlam qida”, “Şəkərli diabet”, “Ürəyinizi qoruyun” və digər mobil tətbiqlər də iştirakçılara təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Gəncədə 
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub