Bu gün Ümumdünya Görmə Günüdür
08.10.2026 09:45

Bu gün dünyada görmə sağlamlığına diqqətin artırılması məqsədilə Ümumdünya Görmə Günü qeyd olunur.

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Ümumdünya Görmə Günü kimi qeyd edilir. Bu əlamətdar gün korluq, görmənin pozulması və görmə qabiliyyətini itirmiş insanların reabilitasiyası ilə bağlı problemlərə diqqət çəkmək məqsədi daşıyır.

Görmə problemləri insanın gündəlik həyatına, təhsilinə, əmək fəaliyyətinə və sosial münasibətlərinə ciddi təsir göstərə bilər. Bu baxımdan göz sağlamlığının qorunmasında profilaktik tədbirlər və vaxtında tibbi müayinə mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər görmədə bulanıqlıq, gözlərdə ağrı və ya qızartı, işığa həssaslıq, göz önündə ləkə və ya işıq çaxmaları, görmə sahəsində dəyişiklik kimi əlamətlərə laqeyd yanaşmamağı tövsiyə edirlər. Xüsusilə görmədə qəfil dəyişiklik yarandıqda vaxt itirmədən oftalmoloqa müraciət etmək vacibdir.

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və görmə qabiliyyətinin qorunması ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin əhəmiyyəti bir daha diqqətə çatdırılır.

Göz sağlamlığının qorunması üçün mütəmadi oftalmoloji müayinələrdən keçmək, xroniki xəstəliklərə nəzarət etmək, gözləri zərərli amillərdən qorumaq və görmə ilə bağlı hər hansı dəyişiklik zamanı həkimə müraciət etmək mühüm addımlardır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?