İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib
07.10.2026 09:28

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı İstanbulda keçirilən VIII Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresində ölkəmizi təmsil edib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, konqresdə ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının dosenti Şəhla Mehdiyeva “Azərbaycanda dağınıq sklerozun müasir vəziyyəti: epidemiologiya, yayılma və xəstələnmə göstəriciləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə Azərbaycanda dağınıq sklerozun epidemioloji vəziyyəti, xəstəliyin yayılma və xəstələnmə göstəriciləri ilə bağlı aktual elmi məlumatlar təqdim olunub. Şəhla Mehdiyeva, həmçinin kafedranın dosenti Rahim Əliyevin dissertasiya işi çərçivəsində əldə etdiyi elmi nəticələri konqres iştirakçılarının diqqətinə çatdırıb.

 

Azərbaycanda dağınıq sklerozla bağlı təqdim olunan elmi nəticələr beynəlxalq mütəxəssislərin böyük marağına səbəb olub. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, təqdim olunan məlumatlar elmi müzakirələrə yol açıb.

 

Qlobal elmi platformada ATU əməkdaşının araşdırmaların nəticələri ilə bağlı təqdimatı ölkəmizdə dağınıq sklerozun öyrənilməsi istiqamətində həyata keçirilən tədqiqatların beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib