Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb  
07.10.2026 14:15

Keniyada Ebola virusuna ilk təsdiqlənmiş yoluxma və xəstəlikdən birinci ölüm halı qeydə alınıb.

 

Aztibb.az www.bbc.com-a  istinadla xəbər verir ki, ölən şəxs son vaxtlar Konqo Demokratik Respublikasından ölkəyə qayıdıb. Həmin şəxs son yeddi il ərzində Konqo Demokratik Respublikasında yaşayıb və təxminən bir ay əvvəl Ebola virusuna yoluxub.

 

Xəstə müxtəlif tibb müəssisələrində müalicə aldıqdan sonra quru yolu ilə Uqandanın paytaxtı Kampalaya gedib. Daha sonra təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə yollanıb.

 

Keniyanın səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə təcili tədbirlər həyata keçirir. Yoluxmuş şəxslə təmasda olan insanların müəyyənləşdirilməsi və izlənilməsi istiqamətində işlərə başlanılıb.

 

Bununla yanaşı, yeni yoluxma hallarının ortaya çıxması ehtimalına qarşı ölkənin sərhəd-keçid məntəqələrində nəzarət və hazırlıq səviyyəsi artırılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib