“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 11:49
Dünya Ürək Günü münasibətilə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib.
 
 
Buu məlumat Aztibb.az-a Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən verilib.
 
Bildirilib ki, Mərkəzi Klinikada keçirilən tədbirdə ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə üsulları, ürək cərrahiyyəsində tətbiq olunan aktual yanaşmalar, eləcə də minimal invaziv cərrahiyyənin imkanları müzakirə edilib.
 
Əsas məqsəd ürək-damar xəstəliklərinin müasir diaqnostikası və cərrahi müalicəsi ilə bağlı aktual elmi yanaşmaların müzakirəsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və müasir tibbi biliklərin paylaşılmasıdır.
 
Elmi-praktiki seminar çərçivəsində müxtəlif klinikalarda fəaliyyət göstərən mütəxəssislərin təqdimatları dinlənilib.
 
Dr. Gülşən Süleymanova “Koronar KT angioqrafiya və invaziv angioqrafiya”, Dr. Ziya Şahalıyev “Sol ana koronar arteriyanın (LMCA) cərrahiyyəsi. ESC/EACTS-in aktual təlimatları”, Dr. Faiq İsayev “İşemik ürək çatışmazlığının cərrahiyyəsi”, Dr. Beyrək Abbaszadə isə “Təkrar (Re-do) koronar şuntlama. Faydalı məsləhətlər və incəliklər” mövzularında məruzələrlə çıxış ediblər.
Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb və klinik təcrübə mübadiləsi həyata keçirilib.
 
Qeyd edək ki, seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 4 kredit balı ilə qiymətləndirilib
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?