ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib  
02.10.2026 10:56

Azərbaycan Tibb Universitetinin (ATU) I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İlahə Hüseynova Yunanıstanın Afina şəhərində keçirilən Pediatrik Cəmiyyətlərin Avropa Akademiyasının (EAPS – European Academy of Paediatric Societies) 12-ci Konqresində iştirak edib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, konqres çərçivəsində İlahə Hüseynova “Nekrotik enterokolitin erkən diaqnostikası metodu kimi yaxın infraqırmızı spektroskopiya” (Near-Infrared Spectroscopy as an Early Diagnostic Method for Necrotizing Enterocolitis) mövzusunda elmi təqdimatla çıxış edib.

 

Təqdimatın həmmüəlliflərindən biri ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərovdur.

 

Təqdimat yenidoğulmuşlarda ciddi bağırsaq xəstəliklərindən biri olan nekrotik enterokolitin erkən mərhələdə müəyyənləşdirilməsi ilə bağlı müasir yanaşmaya həsr olunub. Mövzuda erkən diaqnostika imkanlarının genişləndirilməsi və müasir texnologiyalardan istifadə məsələləri ön plana çıxır. Bu istiqamət pediatriyada yenidoğulmuşların sağlamlığının qorunması və xəstəliklərin vaxtında aşkarlanması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə