Gömrükçülər könüllü qanvermə aksiyasında iştirak ediblər
10.06.2023 09:00

Gömrük əməkdaşları “Qan ver, ümid ol” şüarı altında keçirilən növbəti könüllü qanvermə aksiyasında iştirak ediblər.

 

Aztibb.az-a bu barədə Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr edilən aksiya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Aksiyada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının rəhbəri Qumral Ələkbərova qanvermə aksiyasına qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər.

 

Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər.

 

Tibbi aksiyada ümumilikdə 150 nəfərdən çox gömrükçü qan verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər