Şəhid və qazi övladları üçün ödənişsiz tibbi aksiya keçirilib  
01.06.2023 17:05
Səhiyyə Nazirliyinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün kompleks müayinə aksiyası keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında keçirilən aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlər göstərilir.
 
Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalovun sözlərinə görə, şəhid və qazi övladları üçün təşkil olunan aksiya üç gün davam edəcək. Aksiyanın məqsədi uşaqlarda xəstəliklərin vaxtında aşkarlanması, düzgün müalicə edilməsi, hətta lazım gələrsə, cərrahi əməliyyatların keçirilməsidir.
 
Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov bildirib ki, aksiyaya klinikanın 25 əməkdaşı cəlb olunub. Gün ərzində 150-200 qazi və şəhid övladına ödənişsiz tibbi xidmət göstərilməsi nəzərdə tutulub. O, hər ay klinikada "Açıq qapı" günlərinin keçiriləcəyini və uşaqların ödənişsiz müayinə olunacağını da diqqətə çatdırıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər