Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirilib
01.06.2023 15:05

Mərkəzi Gömrük Hospitalında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirilib. 

 

Aztibb.az-a Hospitaldan bildirilib ki, Mərkəzi Gömrük Hospitalına gələn bütün balaca uşaqlar Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova,  könüllü gömrükçülər və tibb personalı tərəfindən al-əlvan şarlar ilə qarşılanıblar. Tədbirə dəvət olunmuş məzəli animatorlar isə uşaqlar arasında əyləncəli oyunlar keçiriblər.

 

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva balaca pasiyentlər ilə görüşüb, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər zaman xoşbəxt və sağlam olmağı arzulayıb. O, bildirib ki, uşaqların müdafiəsi, onların daim böyüklərin diqqəti və qayğısı, nəvazişi ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub.

 

Hospitalın bütün tibb personalı uşaqlara daim məhəbbətlə yanaşır, onların sağlam və gümrah böyümələri üçün yüksək səviyyədə tibbi xidmət göstərirlər. Tamilla Əliyeva bildirib: “Bu gün bizim öhdəmizə düşən vəzifə  balaca pasiyentlərimizin Gömrük Hospitalına öz həkimlərinin yanına böyük sevinclə gəlməsini  və bu günün onların yaddaşısında xoş bir gün kimi qalmasını təmin etməkdir”.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər