Naxçıvanda “Sevgi ən böyük məlhəmdir!” şüarı altında tibbi aksiya keçirilir
27.05.2023 10:02
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Məlhəm” Beynəlxalq Hospitalının birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sevgi ən böyük məlhəmdir!” şüarı altında keçirilən tibbi aksiya davam edir.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Akasiyanın ilk günü “Məlhəm” Beynəlxalq Hospitalın yüksəkixtisaslı həkim heyəti tərəfindən muxtar respublikanın 303 sakini tibbi müayinədən keçib. Müayinə olunanlardan 32-si oftalmoloq Leyla Qəhrəmanova, 28-i endokrinoloq Gülhar Əliyeva, 32-si kardioloq Mehriban İsgəndərova, 20-si uroloq Rəşad Məmmədov, 11-i pulmonoloq Könül Məmmədova, 30-u travmatoloq ortoped Cavid Cəfərov, 22-si isə terapevt Sinaxanım Hüseynzadə tərəfindən müayinə olunub.
 
Həmçinin aksiya çərçivəsidə müraciət edən 312 vətəndaşdan ödənişsiz olaraq laborator analiz götürülüb, 34 sakin isə radioloji müayinədən yararlanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər