TƏBİB vakansiya elan edir
24.05.2023 16:31
TƏBİB Strateji təhlil və inkişaf departamentinin Statistika və analitika şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Aztibb.az xəbər verir ki, namizədə dair tələb olunan bilik, təcrübə və bacarıqlar aşağıdakılardır:
• Ali təhsil (statistika, riyaziyyat, kompüter elmləri, iqtisadiyyat sahəsi üzrə);
• Sahə üzrə ən azı 4 il iş təcrübəsi;
• Kompüter bilikləri: (Microsoft Excel, Microsoft Power BI, R və ya Python, Oracle PL/SQL – sərbəst səviyyədə);
• Dil bilikləri: İngilis dili – sərbəst.
İşin təsviri:
• Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi;
• Statistik və analitik hesabatların hazırlanması;
• Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
• Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
• Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
• Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
• Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması;
• Texniki və funksional arayışların hazırlanması.
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Stresə davamlılıq;
• Analitik düşünmə qabiliyyəti;
• Nəticəyönümlülük;
• Təqdimat etmə bacarığı;
• Məsuliyyətlilik;
• Güclü analitika və problemi təhlil etmə bacarığı.
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 10.06.2023;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Statistika və analitika şöbəsinə - baş məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Bu bölməyə aid digər xəbərlər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq
15.10.2026 | 09:09
İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 | 14:07
ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 | 10:14
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcək
13.10.2026 | 13:33
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 | 10:46
ATU-nun Elmi Araşdırmalar Mərkəzində kök hüceyrələrə həsr olunan seminar keçiriləcək
12.10.2026 | 10:03
ATU-da elmi tədqiqatların yeni imkanları: süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 | 11:54
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

