Müxtəlif regionları əhatə edən 32 tibb müəssisəsinin əməkdaşları üçün "Farmakonəzarət üzrə əsas təlim" təşkil olunub  
23.05.2023 11:24
TƏBİB-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin birgə əməkdaşlığı ilə “Farmakonəzarət üzrə əsas təlim” keçirilib.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il 503 saylı farmakonəzarət qaydalarının farmakonəzarətlə bağlı baza təlimlərin keçirilməsi müddəalarını əsas tutaraq, farmakonəzarət üzrə məsul şəxslərə metodiki yardımın göstərilməsi məqsədilə keçirilən təlimlər respublikanın müxtəlif regionlarını əhatə edən 32 tibb müəssisəsini əhatə edib.
 
Analitik Ekspertiza Mərkəzində keçirilən təlimdə TƏBİB-in nümayəndələri Elmin Quliyev, Sevda İbrahimova, Firuzə Allahquliyeva və Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, şöbənin əməkdaşları Xalisə Əkbərova, Rəfiqə İbrahimova və Fəridə Aslanlı məruzəçi qismində təqdimatla çıxış ediblər.
 
Təlimdə 32 tibb müəssisəsindən farmakonəzarət üzrə məsul şəxslər iştirak ediblər, onlara farmakonəzarət və onun məqsədləri, farmakonəzarətin tarixçəsi, Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı, Azərbaycan Respublikasında farmakonəzarətə dair mövcud qanunvericilik və farmakonəzarət sistemi, əlavə təsirlər və əhəmiyyəti, əlavə təsirlərin göndərilmə üsulları, əlavə təsirlərin klassifikasiyası, immunizasiyadan sonra yaranan əlavə təsirlərin kliniki idarə olunması və s. mühüm mövzular haqqında məlumat verilib.
 
Həmçinin bildiriş kartlarının doldurulması, onlayn bildirişin necə göndərilməsi, ÜST-nin "VigiFlow" sisteminə bildirişlərin işlənməsi, "VigiFlow", "VigiLyze", "VigiBase"də məlumatların kodlaşdırılması kimi mühüm əməliyyatlar praktik şəkildə təlim iştirakçılarına nümayiş olunub. İştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.
 
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”