ATU-da “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” şüarı ilə görüş keçirilib
22.05.2023 13:56

Azərbaycan Tibb Universitetində (ATU) “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” şüarı ilə görüş keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, görüşdə Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən əksər elmi-tədqiqat institutları və müəssisələr, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Təhsilin İnkişaf Fondu, dövlət və özəl xəstəxanalarının, tibb xidmətləri sferasındakı bir sıra qurumların  rəhbərləri iştirak ediblər.

 

Görüşün məqsədi ATU məzunlarının məşğulluğunun təmin olunması ilə bağlı bir sıra məsələlərin müzakirəsindən ibarət olub.

 

Universitetin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, ali məktəbin əsas missiyaları sırasında  keyfiyyətli təhsil verilməsi ilə yanaşı, əmək bazarında uğurla fəaliyyət göstərən, insanların sağlamlığının keşiyində duran və ictimaiyyətə böyük elmi və praktiki töhfə verən məzunların hazırlanması da daxildir. ATU məzunlarının işlə təmin olunması üçün  maraqlı tərəflərin nümayəndələri ilə müzakirələrin aparılması önəmlidir:

 

“Görüş iştirakçılarının hər birisi ATU-nun məzunlarıdır. Əsas məqsədimiz də cəmiyyət üçün keyfiyyətli məzun hazırlamaqdır. Son illər ATU-da istər tədris proqramlarının, istər tədris metodologiyasının müasirləşdirilməsi, istərsə digər sferalarda xeyli işlər görülüb. İslahatlar nəticəsində universitetimizdə təhsil alan xarici tələbələrin sayı 3000-ə yaxınlaşmaqdadır. Türkiyə və Avropa ölkələrinin 30-a yaxın universitetləri ilə qarşılıqlı əməkdaşlıq yaradılıb, birgə layihələr həyata keçirilir. ATU-da yeni ixtisaslar yaradılması ilə yanaşı, tələbələrin qiymətləndirmə prosesində dəyişikliklər aparılıb, prosesin tam şəffaf keçməsi üçün aralıq imtahanlar salınıb. Universitetimiz 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan təsdiq alıb. Bu istiqamətdə işlərimiz davam edir. Bununla yanaşı, məzunlarımızın əsas işəğötürən tərəfləri olaraq hər birinizlə əməkdaşlıq etməyi düşünürük”.

 

Sonra ATU-nun  İnnovasiya və keyfiyyət şöbəsinin müdiri Aygün Babayeva “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” adlı təqdimatla çıxış edərək bir sıra statistik məlumatları açıqlayıb.

 

Qeyd olunub ki, ATU tələbələrinin müvafiq bacarıq və məşğuliyyət imkanlarının yaxşılaşdırılması üçün tədris proqramının və fənlərin inkişafı və yenilənməsi, rəqabətədavamlılığın və innovasiyaların dəstəklənməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılmasına ehtiyac var.

 

Görüş iştirakçıları yerli, regional və milli səviyyələrdə bacarıq və kadr çatışmazlığı probleminin həll edilməsi üçün bacarıqların formalaşdırılması, məşğulluq, təhsil və sosial təminat sahəsində inkişaf edən tələbat əsasında yeni ixtisaslarla bağlı təkliflərin hazırlanması mövzusu ilə bağlı təklif və fikirlərini bölüşüblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib