ATU daha 3 il Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə əməkdaşlıq edəcək  
21.05.2023 08:00

15 ildən artıqdır ki, davam edən Azərbaycan Tibb Universiteti (ATU) və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) arasında əməkdaşlıq əlaqələri imzalanan anlaşma memorandumu ilə daha 3 il müddətində uzadılıb. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Memorandum Azərbaycan Tibb Universiteti tələbələrinin beynəlxalq əlaqələrinin yaxşılaşdırılması, tələbələrin xarici ölkələrin universitet klinikalarında təcrübi bacarıqlara yiyələnməsi və elmi araşdırmalar aparması, eyni zamanda ATU-un beynəlxalq miqyasda daha yaxşı tanınması məqsədi daşıyır. 

 

Memorandum Azərbaycan Tibb Universiteti rektoru, professor Gəray Gəraybəyli və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi prezidenti Aqil Vəlizadə tərəfindən imzalanıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, həm də xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsinin universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub. 

 

Qeyd edək ki, saziş sayəsində bu günə qədər 1000-ə yaxın tələbə İtaliya, İspaniya, Çexiya, Ruminiya, Polşa Portuqaliya, Estoniya, Braziliya, Türkiyə və s. kimi ölkələrdə mübadilə proqramlarında iştirak edib. Anlaşma memorandumunun müddətinin uzadılması ilə daha 150-ə yaxın tələbənin beynəlxalq mübadilə proqramlarında iştirakı hədəflənir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev