"Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələri təqdim olunub
20.05.2023 10:40

TƏBİB-in dəstəyi və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələri təqdim olunub.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, tədbirin əsas məqsədi layihə çərçivəsində görülən işləri və əldə olunan nailiyyətləri, ÜST-nin multidisiplinar psixososial dəstək təcrübəsini yerli tərəfdaşlarla bölüşmək olub.

 

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsininin sədri Musa Quliyev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov açılış nitqi ilə çıxış ediblər.

 

Daha sonra Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov Azərbaycanda psixi sağlamlıq sisteminin mövcud vəziyyəti, ÜST-nin psixi sağlamlıq və psixososial dəstək üzrə əlaqələndiricisi Elturan İsmayılov layihənin aralıq nəticələri və Azərbaycan Tibb Universitetinin professoru Ağahəsən Rəsulov isə multidisiplinar psixososial dəstək haqqında danışıb. Tədbir zamanı koordinasiya mexanizmlərini təkmilləşdirmək və həyata keçirmək üçün Koordinasiya Qrupunun birinci görüşü təşkil olunub.

 

Həmçinin ÜST və dövlət qurumlarının nümayəndələri səmərəliliyi artırmaq üçün Psixi Sağlamlıq və Psixososial Dəstəyin (PSPSD) yönləndirmə sistemlərinin təhlilindən əlavə növbəti addımları da müəyyən edib.

 

Qeyd edək ki, layihə çərçivəsində 100-dən çox ilkin səhiyyə işçisi üçün psixi sağlamlıq mövzusunda təlimlər təşkil olunub. Hazırda bu təlimlərdən keçmiş həkimlərin əldə etdikləri bilikləri təcrübədə tətbiq edən zaman üzləşdikləri çətinliklərə dəstək məqsədilə superviziyalar keçirilir. Həmçinin, xəstəxanalarda əhalinin həssas qruplarla işləyən 50-yə yaxın koordinatorlarına da psixososial təlimlər keçirilir və superviziyalar təşkil olunur.

 

ÜST-nin mütəxəssisləri rayon mərkəzi xəstəxanalarında əhaliyə birbaşa psixososial dəstək göstərirlər. Bu məqsədlə Ağdam rayonlararası Ruhi-Əsəb Dispanserində də mobil ofis yaradılıb. Bununla yanaşı, əhalinin maarifləndirilməsi, psixoloji sağlamlığla bağlı stiqmanın aradan götürülməsi və xidmətlər haqqında məlumatlandırma ilə bağlı Bərdə və Ağcabədidə kampaniyalar həyata keçirilib.

 

Sözügedən pilot layihənin bu ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

 

“Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan Ölkə Ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə beş rayonda (Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Bərdə) həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”