Psixoaktiv maddələrdən istifadə edən yeniyetmələrin valideynləri hansı addımları atmalıdırlar?
18.05.2023 16:06

Siz uşağınızın psixoaktiv maddədən istifadə etdiyindən şübhələnirsinizsə, nə etmək lazımdır?

Aztibb.az bununla bağlı təlimata əsalanaraq atılacaq addımların planını təqdim edir:

- Təlaşa düşməyin!
- Ona diqqətlə nəzarət edin, şübhələndiyinizi büruzə verməyin!
- Ailəni bir yerə toplayın, uşağınızla öz müşahidələrinizi müzakirə edin, qışqırmağa və ya nədəsə onu ittiham etməyə çalışmayın!
- Nəsihət verməyin, heç bir halda hədələməyin və onu cəzalandırmayın!
- Anlayış və qayğı göstərib, uşağınızı dəstəkləyin!
- Ona bu yolun bütün təhlükəsini izah edin!
- Onu mütəxəssisə müraciət etməyə inandırmağa çalışın!
- Onun sizi qorxularınızın əsassız olduğuna inandırmasına imkan verməyin!
- Vaxt itirməyin. Mütəxəssisə müraciət edin!

Psixoaktiv maddələrlə bağlı testlər

Hal-hazırda respublikada psixoaktiv maddələrdən istifadəni müəyyən etmək üçün immunoxromatoqrafiya və ekspress-test üsulundan istifadə edilir. Psixoaktiv maddə ilə bağlı diaqnostik testlərdən istifadə bu problemin ən sadə həlli yoludur.

Bu iki üsul “İnsan son 5 gün ərzində psixoaktiv maddələrdən istifadə edibmi?” sualını cavablandıran effektli üsuldur.

Övladınızın psixoaktiv maddədən istifadə etməsi təsdiqləndikdən sonra mütləq həkim-narkoloqa, psixoloqa müraciət etmək lazımdır!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib