İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutu ilə MBBİ arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub
16.05.2023 09:05

İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutunun professoru Françesko Paoloççi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) olub.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova qarşılayıb, elmi əməkdaşlığın perspektivləri müzakirə olunub. 

 

Françesko Paoloççi İnstitutun müasir avadanlıqlarla təchiz olunmuş Bioadaptasiya, Bioinformatika, Fotobioenergetika, Hüceyrənin membran sistemləri və Genomun quruluşu və ekspressiyası laboratoriyalarında aparılan elmi işlərlə tanış olub.

 

Həmçinin alimin iştirakı ilə elmi seminar da keçirilib. Akademik İradə Hüseynova belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

 

Professor Françesko Paoloççi apardığı elmi işlərin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda heyvan yemi kimi istifadə olunan paxlalı bitkilərdə proantosianidin biosintezi üzərində genetik nəzarət tədqiq edilir. A. filiculoides bitkisində flavonoidlərin biosintezinin genlərdən və ətraf mühitdən asılılığı öyrənilir.

İtaliyalı alim daha sonra MBBİ əməkdaşlarının suallarını cavablandırıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”