Qazaxıstanlı tələbələr ATU-da təcrübə keçiblər
22.04.2023 09:26

Azərbaycan Tibb Universiteti (ATU) və Qazaxıstanın Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 5 qazaxıstanlı tələbə 19 günlük təcrübə keçib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, Astana Tibb Universitetinin tələbələri təqvim-mövzu planına uyğun olaraq universitetin İctimai səhiyyə fakültəsinin Qidalanma və tibbi ekologiya, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında “Mütəxəssis-gigiyenist” ixtisası üzrə təcrübə keçiblər.

 

Tədris prosesi zamanı tələbələr kafedraların strukturu, tədris olunan fənlər, ölkəmizdə dövlət tərəfindən epidemioloji nəzarətin aparılması, əhalinin sanitar-epidemioloji sağlamlığı sahəsində normativ-hüquqi aktlara riayət olunmasına nəzarətin həyata keçirilməsi qaydaları ilə tanış ediliblər. Həmçinin onlar 80 saylı bağça və 132-134 saylı təhsil kompleksini müayinə edib, Bakı Tikiş Evində əmək şəraiti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kompleks müayinəsi ilə tanış olublar.

 

Təcrübənin sonunda qonaq tələbələr ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva tərəfindən qəbul edilib və müvafiq sertifikatlarla təltif olunublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev