TƏBİB məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
21.04.2023 19:17

TƏBİB Tibbi sığorta departamentinin Tibbi xidmətlərin tariflərinin idarə olunması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

 

TƏBİB üçün uyğun namizəd:

• Ali təhsil (tibb, riyaziyyat);
• Sahə üzrə 1 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə);
• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Nəticəyönümlülük.

 

Namizədin görəcəyi işlər:

• Tibbi sığorta departamentinin funksiyalarından irəli gələn işlərin şöbənin əsasnaməsi və müvafiq prosedurlara uyğun olaraq həyata keçirmək;
• TƏBİB-in tabelyində olan dövlət tibb müəssisələri tərəfindən icbarı tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstəriləcək tibbi xidmətlərin siyahısını hazırlamaq, tibbi xidmətlərin tariflərini müəyyən etmək;
• Şöbə müdirindən daxil olan müraciətləri, müvafiq sənədləri qəbul etmək gündəlik iş planına daxil etmək , müvafiq yazılı və ya şifahi cavabın hazırlanmasını təmin etmək;
•Gündəlik iş barədə hər iş gününün əvvəlində və sonunda, həftə ərzində görülmüş və planda nəzərdə tutulmuş işlər barədə hər həftənin sonuncu iş günü Şöbə müdirinin tələblərinə uyğun olaraq yazılı və yaxud şifahi hesabat verilməsini təmin etmək;
• Ödənişli tibbi xidmətlərin siyahısını təkmilləşdirmək məqsədilə, TƏBİB-in tabelyində olan dövlət tibb müəssisələrindən rəylərin alınmasını təmin etmək;
• Şöbə səlahiyyətlərinə uyğun olaraq daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, şöbə müdirinin göstərişinə əsasən müvafiq tədbirlər görmək;
• Departament rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək.


Əlavə məlumatlar:

• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 – 18:00
• İş yeri: Bakı şəhəri, N.Nərimanov 206 A, "Capital Towers" Biznes Mərkəzi.

 

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 17.05.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tibbi xidmətlərin tariflərinin idarə olunması şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

 

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır