Hamilə qadınlar özlərini nədən qorumalıdırlar?
17.04.2023 18:55

Hamilə qadınlara bütün növ isti prosedurlar (sauna, isti vanna), eləcə də çox isti havalarda çimərlikdə olmaq məsləhət görülmür.

 

Aztibb.az xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Fidan Xankişiyeva hamilə qadınların qorunmalı olduğu məqamlarla bağlı məlumat verərkən bildirib.

 

Onun sözlərinə görə, ananın bədən hərarətinin artması dölün də hərarətinin artmasına səbəb olur. Bu da onun orqanizmində mübadilə prosesinin pozulmasına təsir göstərir.

 

Həkim qeyd edib ki, belin dar kəmərlər və rezin vasitələrlə sıxılmasına yol verməmək, rezinli corab və qolfiləri geyinməkdən də çəkinmək lazımdır. Onlar damarları sıxaraq ayaqlarda qan dövranının pozulmasına səbəb olur. Nəticədə isə varikoz xəstəliyi inkişaf edə bilər.

 

"Hamiləlik zamanı oksigenə tələbat artır. Ona görə də gün ərzində 2 saatdan az olmamaqla, nəqliyyatın və səs-küyün intensiv olmadığı ərazilərdə, parklarda və digər yerlərdə gəzmək vacib hesab olunur. Hamilə qadın gün ərzində 10 saatdan az olmayaraq yatmalıdır. Bu dövrdə yuxugətirici dərmanların qəbul edilməsi yolverilməzdir", - deyə Fidan Xankişiyeva bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır