Dünya Hemofiliya Gününə həsr edilən elmi konfrans keçiriləcək
11.04.2023 09:00

Aprelin 17-də TƏBİB-in təşkilatçılığı və dəstəyi ilə Dünya Hemofiliya Gününə həsr edilən "Hemofiliyanın müalicəsinin qlobal standartlara uyğunlaşması" mövzusunda elmi konfrans keçiriləcək.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, "Yeni Klinika"da təşkil olunacaq konfransda Azərbaycanın aparıcı mütəxəssisləri tərəfindən hemofiliya və qanın digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicəsinə müasir multidisiplinar yanaşmalar barədə çıxışlar ediləcək.

 

Qeyd edək ki, tədbir Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı və “Novo Nordisk” Hemofiliya Fondunun dəstəyi ilə baş tutacaq.

 

Elmi konfransda iştirak üçün müxtəlif profilli həkim və tibb bacıları 050-587-71-77 (Votsap) və 012-513-15-39 nömrələrinə zəng edərək müraciət edib qeydiyyatdan keçə bilərlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır