Uşaqlarda əqli geriliyin səbəbləri - Defektoloq izah etdi
01.04.2023 12:11

Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.

Aztibb.az xəbər verir ki, defektoloq-loqoped, psixokonsultant Aytən Aslanova onlardan ən geniş yayılmış olanlarını sadalayıb:

Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s.
Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər;

Uşaqlarda əqli geriliyin simptomları


Əqli geriliyin əsas əlaməti uşağın intellektinin aşağı olmasıdır. İntellektin aşağı düşmə dərəcəsindən asılı olaraq, əqli gerilik yüngül, orta və ağır formalara bölünür.

Əqli geriliyin yüngül formasında (digər adı debillik) xəstənin İQ göstəricisi 50-69 arasında dəyişir. Belə uşaqların xarici görkəmi başqa uşaqlardan heç nə ilə fərqlənmir. Onlar, əsasən, təhsildə çətinlik çəkirlər, belə ki, diqqətləri yayınıq olur. Buna baxmayaraq, əqli geriliyi yüngül olan uşaqların yaddaşları kifayət qədər dəqiq və yaxşıdır.

Əqli geriliyin orta formasında (digər adı imbisillik) İQ 35-49 arasında dəyişir. Bu cür uşaqlar bağlılıq hiss edir, cəza və tərifi ayırd edə bilirlər. Onları elementar özünəqulluq vərdişlərinə alışdırmaq, yazı yazmaq, oxumaq, yüngül hesablama qaydalarını mənimsətmək mümkündür.

Əqli geriliyin ağır forması (idiotiya) – belə uşaqların İQ-sü 34-dən aşağıdır. Belə pasiyentlərə nəyi isə öyrətmək mümkün deyil. Onlar danışa bilmir, hərəkətləri yöndəmsiz olur. Emosiyaları narazılıq və məmnunluq hissləri ilə məhdudlaşır. Əqli geriliyin bu formasından əziyyət çəkən uşaqların daimi nəzarətə ehtiyacları var və onlar xüsusi müəssisələrə yerləşdirilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır