Özümüzü koronavirusdan qorumağı Vətənə xidmət kimi dəyərləndirirəm - İnfeksion xəstəliklər üzrə uzman həkim
08.10.2020 12:02

Mərkəzi Neftçilər Xəstəxanasının koronaviruslu xəstələrin müalicə aldığı şöbəsində hələ də aylardır virusa qalib gəlmək üçün mücadilə edən xəstələr var. Son günlər isə bəzi insanlar yenə də xəstəliyi ciddiyə almırlar.

 

Aztibb.az-ın məlumatına görə, REAL TV koronavirusa yoluxan xəstələrin müalicə aldığı şöbədə olub, xəstələrlə söhbətləşib. Məlum olub ki, yaşlılar da, cavanlar da həkimlər və xəstəxanın avadanlığı sayəsində özlərini yaxşı hiss edirlər.

 

“Simptomlar yox idi, bir az narahat olmuşdum. Özüm də dializ xəstəsiyəm. Virusa yoluxduğumu yaxma götürüləndən sonra bildim", - xəstə Abdulqadir Lətifov deyib.

 

Həkimlər isə o qənaətdədirlər ki, ən yaxşı müalicə yoluxmamaqdır. Xəstəxananın İnfeksion xəstəliklər üzrə uzmanı Fərrux Sədirovun sözlərinə görə, indi bizim iki düşmənimiz var. Düşmənlərə qalib gəlmək üçün məsuliyyətimizi daha da artırmalı, öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik: 

 

“Bu müddət ərzində Mərkəzi Neftçilər Xəstəxanasına 1000-dən artıq xəstə qəbul olunub. Bura ən ağır xəstələri qəbul edən mərkəzlərdən biri idi. 850-dən çox xəstə sağalaraq evinə gedib, 100-150-yə yaxın həyatını itirən xəstəmiz olub. Hazırda xəstə sayında nisbi azalma qeyd olunur, amma hər zaman demişik, bu arxayınlığa səbəb olmamalıdır. Özümüzü qorumağı mən Vətənə xidmət kimi dəyərləndirirəm. Yaşlıların hərəkət fəaliyyəti az olduğu üçün, daha çox evdə zaman keçirdikləri üçün onları yoluxduran şəxslər əslində gənclərdir. Ona görə də, gənclər daha diqqətli olmalıdırlar”.

 

İndi arxa cəbhənin ön cəbhəyə ən böyük yardımlarından biri sağlam olmaq, COVID-19-a yoluxmamaqdır. 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib