Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası AÇIQ TENDER ELAN EDİR
08.10.2020 09:37

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi 2020-ci ilin II yarımilliyində “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomobillərinin əsaslı və cari təmiri üçün ehtiyat hissələrinin, diaqnostika, elektrik hissələrinin təmiri və bərpası, mühərriklərinin yığılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Tender 2 (iki) lot üzrə keçirilir.

 

Lot -1. “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomobillərinin əsaslı və cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.

 

Lot-2. “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomobillərinin diaqnostika, elektrik hissələrinin təmiri, bərpası və mühərriklərinin yığılması işlərinin satın alınması.

 

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender. gov.az/ vahid internet portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.

 

İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

 

Üstünlük veriləcək meyarlar:

 

- ən sərfəli qiymət, yüksək keyfiyyət (mənşə sertifikatları təqdim olunaraq orijinal ehtiyat hissələri, “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli diaqnostik proqram təchizatı, 24 saatlıq xətdə texniki xidmət işləri) bu sahədə peşəkarlıq,maliyyə imkanları və malların cədvələ uyğun təhvili.

 

Potensial imkanları olan iddiaçılar aşağıda­kı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

 

Lot-1 üçün iştirak haqqı 200 manat, lot-2 üçün isə 100 manatdır.

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı

Kod- 805056

VÖEN -9900001881

M/h- AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZAZ2X

H/h-AZ42İBAZ38060019446270517209

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi

VÖEN -1700293201

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Tenderdə iştirak üçün bütün iddiaçılar aşa­ğıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

 

-tenderdə iştirak etmək üçün yazı­lı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı,poçt indeksi,telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);

-iştirak haqqının ödənilməsi barədə sənəd;

-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə ol­maqla tender təklifi ilə birlikdə təqdim olunur);

-bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayı­lır və tenderdən kənarlaşdırılır.

-Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

-müqavilənin yerinə yetirilməsi təminatı 2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);

-müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.

 

Tenderdə iştirak üçün iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 30 oktyabr 2020-ci il saat 17.00-a , tender təklifi ilə bank təminatını isə 10 noyabr 2020-ci il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 noyabr 2020-ci il saat 17.00-da açılacaqdır.

 

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib