Mərkəzi Gömrük Hospitalı bayram günlərində fasiləsiz, təcili tibbi yardım xidməti göstərəcək
17.03.2023 11:00

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz bayramı günlərində də 7/24 saat ərzində tibbi xidmət göstərəcək. Təcili yardım heyətinin çağırış nömrəsi 905-dir.

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, şöbənin yüksəkixtisaslı həkim heyəti ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş ambulans maşınları ilə xəstələrə zamanında təcili tibbi yardım göstərir, ehtiyac olduqda onların regionlardan daşınmasını təmin edir, reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

Təcili tibbi yardımı digər tibbi xidmət növlərindən fərqləndirən əsas xüsusiyyəti onun hərəkət sürətidir. Bu şöbə qəfil baş verən xəstəliklər, bədbəxt hadisələr, zəhərlənmələr nəticəsində sağlamlıq və həyat üçün təhlükə yaradan şəraitdə böyüklərə və uşaqlara həm hadisə yerində, həm də xəstəxanaya aparılarkən operativ yardım göstərməklə gecə-gündüz fəaliyyət göstərir.

Şöbənin peşəkar tibbi personalı ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələrin ölkəmizin istənilən yerindən tibb müəsssisələrinə çatdırılmasını təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır