ATU-nun Tədris Cərrahiyyə Klinikasında gənc həkim və rezidentlər üçün elmi-praktik seminar keçirilib
13.03.2023 12:51
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında gənc həkim və rezidentlər üçün elmi-praktik seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbir Uşaq xəstəlikləri kafedrasının assistenti Namiq Xəlilov və I Cərrahi xəstəliklər kafedrasının dosenti Abbas Abbasovun birgə moderatorluğu ilə baş tutub.

 

Seminarda III Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, cərrah Esmira Məmmədova “Tiroid düyünlərin diaqnostikasında TİRADS və Bethesda təsnifatının əhəmiyyəti”, PSYCH-K üzrə mütəxəssis Mirşahin Əlizadə “Biopsiya öncəsi xəstələrin psixoloji vəziyyəti” və I Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov “Qalxanvari vəzin hansı düyünlərində biopsiya necə aparılmalı” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Tədbirdə yüksək həssaslıq və spesifikliyə malik TİRADS sistemləri və Bethesda barədə yeniliklər nəzərə çatdırılıb, bu təsnifatın birgə tətbiqinin lazımsız biopsiya və əməliyyatların azalmasına gətirib çıxardığı söylənilib.

 

Məruzələrdə müxtəlif xəstəliklər və stress arasındakı əlaqədən, müalicə müddəti ərzində şüuraltı inanclar və yıxıcı stressin balanslaşdırılmasından, həmçinin sürətli, asan və müasir dəyişiklik üsullarından söhbət açılıb. Mütəxəssislər əldə etdikləri təcrübələrin praktik xəstəlik hallarında necə tətbiq olunduğunu gənc həkim və rezidentlərə izah ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır