AMEA və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
06.03.2023 15:07

Bu ilin aprel ayında “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaşlıq missiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans zamanı bildirib.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu vurğulayan AMEA rəhbəri Akademiyada da geniş Tədbirlər Planının qəbul edildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli aprel ayında AMEA və AR Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaşlıq missiyası” mövzusunda beynəlxalq konfransın, eləcə də il ərzində digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır