Tələbələr Fiziologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər
28.02.2023 10:32

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri və magistranları Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

 

Bu barədə Aztibb.az-a Fiziologiya İnstitutundan məlumat verilib.

 

Təcrübə müddətində tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib, onlar institutun laboratoriyaları və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

 

İnstitutun Görmənin və neyrodegenerativ proseslərinin fiziologiyası, Mühit amilləri və analizatorların formalaşması və Ekotoksikologiya laboratoriyalarının elmi seminarlarında iştirak edən tələbələr tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

 

Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır